XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Gənclər və İdman naziri: "Yay Olimpiya Oyunlarında bəzi idmançılardan gözləntilərimiz daha çox idi"
İdman 11:05 / 25.12.2024

Yay Olimpiya Oyunlarında bəzi idmançılardan gözləntilərimiz daha çox idi.

Bu sözləri jurnalistlərə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.

O, idmançıları dəstəkləməyin vacibliyini vurğulayıb: 

"Daim onların yanında olmalıyıq. Təbii ki, planımız var idi. İki aydan bir federasiyalarla görüşlər keçiririk. Hər məsələni müzakirə etməyə, bütün qurumları dinləməyə çalışırıq. Onların proqnozları və təhlilləri əsasında təxminlərimiz oldu. Bu, idmandır. Yunan-Roma güləşçisi Həsrət Cəfərovun (67 kq) qızıl mükafat əldə etmək imkanı var idi. Amma alınmadı. Düşünürəm ki, gəncdir və növbəti olimpiadaların birində bizi sevindirəcək”.


16662 oxunub

InvestAZ