XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Faiq Qarayev: Prezident İlham Əliyev hər zaman idmana, idmançılarımıza diqqət və qayğı göstərib
İdman 16:49 / 24.12.2024

"Prezident İlham Əliyev hər zaman idmana, idmançılarımıza diqqət və qayğı göstərib. Bayram öncəsi idmançılara, məşqçilərə və idman mütəxəssislərinə verilən adlar, mükafatlar bunun bariz nümunəsidir”.

Bu sözləri Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti, qadın voleybolçulardan ibarət milli komandanın baş məşqçisi Faiq Qarayev deyib.

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda idmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülən mütəxəssis təəssüratlarını bölüşüb. F.Qarayev işinə verilən yüksək qiymətə görə dövlətimizin başçısına təşəkkürünü bildirib: "Həmçinin digər mükafatçıları da təbrik edirəm. Belə gözəl bir gündə idmançılarla görüşmək, onları təbrik etmək idmançılar üçün böyük stimuldur. Deyə bilərik ki, dünyanın heç bir yerində idman adamlarına ölkə başçısı tərəfindən bu dərəcədə diqqət yoxdur. Mən bir daha Prezident İlham Əliyevə təşəkkür edirəm və bildirmək istəyirəm ki, hər zaman olduğu kimi bundan sonra da voleybolumuzun zirvələrdə olması üçün əlimdən gələni edəcəyəm”.


15519 oxunub

InvestAZ