XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



İdmanda 2025-ci il üçün qadağan edilmiş maddələrin siyahısı Azərbaycan dilinə tərcümə olunub
İdman 15:23 / 23.12.2024

Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2025-ci il üçün açıqladığı qadağan edilmiş maddələrin siyahısı Azərbaycan dilinə tərcümə olunub.

Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) verilən məlumata görə, AMADA tərəfindən tərcümə edilən siyahı 2025-ci il yanvarın 1-dən etibarlı olacaq.

Qadağan edilmiş maddələrin siyahısı ilə yanaşı, əsas dəyişikliklərin xülasəsi, izahlı qeydlər və monitorinq proqramı da tərcümə edilərək AMADA-nın rəsmi internet səhifəsində yerləşdirilib.

Siyahı üç hissədən - hər zaman qadağan edilmiş maddələr və üsullar, yarış müddətində qadağan edilmiş maddələr və üsullar və müəyyən idman növlərində qadağan edilmiş maddələrdən ibarətdir.

2025-ci il üçün qadağan edilmiş maddələrin siyahısı ilə bu linkə keçid etməklə tanış olmaq olar.


16871 oxunub

InvestAZ