XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Stolüstü tennis üzrə ölkə çempionatı başa çatdı
İdman 12:06 / 23.12.2024

Sumqayıt şəhərində 2014-cü il təvəllüdlü və daha azyaşlı stolüstü tennisçilərin ölkə turniri keçirilib.

Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, "Qarabağ NN” klubunda təşkil olunan yarışda Bakı, Sumqayıt, Salyan, Şirvan, Şəki və Şabran idmançıları bacarıqlarını göstəriblər. 100-ə yaxın stolüstü tennisçinin qatıldığı turnir şəxsi xarakter daşıyıb. Gərgin və maraqlı mübarizənin nəticəsinə görə oğlanlar arasında Əliəkbər Mirzəliyev 1-ci, Cəfər Almədədli 2-ci, Saleh Hümbətovla Camal Kərim 3-cü yeri tutub. Qızların yarışı Mehri Aslanzadənin qələbəsi ilə nəticələnib. O, finalda Nailə Nəzirovaya qalib gəlib. Mehin Mirzəbalayeva ilə Zəhra Cəfərli 3-cü olub.

Fərqlənən idmançılara federasiyasının hədiyyələri təqdim edilib.


18215 oxunub

InvestAZ