XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Cüdoçular Bakı birinciliyində qüvvələrini sınayacaqlar
İdman 13:20 / 19.12.2024

Dekabrın 20-22-də 18 yaşa qədər yeniyetmə qızlar və oğlanlar arasında cüdo üzrə Bakı birinciliyi keçiriləcək. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarış Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində təşkil olunacaq.

Turnirdə 16 çəki dərəcəsində qaliblərin adlarına aydınlıq gələcək. Yarışda Bakının 61 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 808 cüdoçu medallar uğrunda mübarizə aparacaq.

Birinciliyin təşkilində əsas məqsəd yeniyetmələr və gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formalaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Turnir müvafiq yaş qrupu üzrə gələn il keçiriləcək ölkə birinciliyinə seçim xarakteri daşıyır.


18414 oxunub

InvestAZ