XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Paralimpiya çempionları ilə görüş olub
İdman 13:49 / 18.12.2024

Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın və Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə paralimpiya çempionları ilə görüş keçirilib.

Milli Paralimpiya Komitəsinin (MPK) mətbuat xidmətindən verilən məlumata görə, universitetdə təşkil olunan görüşün fəxri qonaqları ikiqat paralimpiya çempionu, beşqat paralimpiya mükafatçısı, dəfələrlə dünya və Avropa çempionu olmuş MPK-nın vitse-prezidenti İlham Zəkiyev və ikiqat paralimpiya, dördqat dünya çempionu, "Şöhrət” ordenli idmançı Lamiyə Vəliyeva olub.

Tədbir zamanı çempionlar öz uğur hekayələrindən ətraflı bəhs edib, həmçinin gəncləri maraqlandıran sualları cavablandırıblar.


17252 oxunub

InvestAZ