XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



AVF rəsmisi Avropa Voleybol Konfederasiyasının İdarə Heyətinin iclasında iştirak edib
İdman 15:08 / 18.12.2024

Azərbaycan Voleybol Federasiyasının (AVF) rəsmiləri Avropa Voleybol Konfederasiyasının (CEV) Lüksemburqda yerləşən qərargahında təşkil olunan görüşdə iştirak ediblər.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindənverilən məlumata görə, 2026-cı ildə qadın voleybolçuların Avropa çempionatına ev sahibliyi edəcək ölkələrin nümayəndələri ilə görüş keçirilib.

Tədbirdə çempionata birgə ev sahibliyi edəcək dörd ölkənin (Azərbaycan, Türkiyə, Çexiya, İsveç) və CEV-in nümayəndələri iştirak ediblər. Görüşdə Azərbaycanı ACF-nin baş katibi Faiq Orucov və İdarə heyətinin üzvü Elqar Bağırov təmsil ediblər.

Çempionata hazırlıq çərçivəsində baş tutan ilk toplantıda yarışın təşkili ilə bağlı müzakirələr aparılıb. Əsasən rəqabət, logistika, oyunların keçiriləcəyi məkanların ziyarəti, media və rəqəmsal fəaliyyətlər, marketinq və tanıtım, brendinq və digər məsələlərə toxunulub.

Qeyd edək ki, 2026-cı ildə baş tutacaq yarış dörd ölkənin birgə ev sahibliyi ilə keçirilən dördüncü çempionat olacaq.



17153 oxunub

InvestAZ