XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Basketbol Liqasında VII tura yekun vurulacaq
İdman 12:05 / 18.12.2024

Bu gün Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulacaq.

Turun son günündə üç oyun keçiriləcək. Günə B qrupunda olan komandaların matçları ilə start veriləcək. "Quba” evdə "Gəncə”ni, "Ordu” isə "Sərhədçi" İdman Mərkəzində "Şəki”ni sınağa çəkəcək.

"Quba” – "Gəncə” görüşü saat 14:00-da, digər matç isə 15:00-da başlayacaq.

A qrupunda isə "Abşeron” "Sərhədçi” ilə qarşılaşacaq. Abşeron Olimpiya İdman Kompleksində təşkil olunacaq görüş saat 18:00-da başlayacaq.

Qeyd edək ki, turun əvvəl reallaşan oyunlarında "Sumqayıt" "Lənkəran"ı 108:99, "Naxçıvan" NTD-ni 95:77, "Neftçi" isə "Sabah"ı 71:66 hesabı ilə məğlub edib.


17244 oxunub

InvestAZ