XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Əbu-Dabidə 7 medal qazanan üzgüçümüz yarışın ən yaxşısı seçilib
İdman 11:12 / 18.12.2024

Azərbaycan üzgüçüsü Yeqor Maynitski Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən beynəlxalq turnirdə 7 medal qazanıb.

Azərbaycan Üzgüçülük Federasiyasından verilən məlumata görə, 14 yaşlı idmançı 50 metr məsafəyə brass üsulu ilə üzmədə bütün rəqiblərini üstələyərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, eyni üsulla 100 və 200 metr məsafələrə yarışda da birinci olub. Bundan başqa, Y.Maynitski 200 metr məsafəyə qarışıq üsulla üzmədə finişə hamıdan birinci çatıb. Digər məsafə və üzmə üsullarında da gücünü sınayan idmançı 400 metr məsafəni qarışıq üsulda, 50 metr məsafəni sərbəst üsulda 2-ci başa vurub. 50 metr məsafəni kəpənək üsulu ilə üzən idmançı 3-cü olub.

Beləliklə, Y.Maynitski ümumilikdə 4 qızıl, 2 gümüş və 1 bürünc mükafata sahib çıxıb və öz yaşıdları arasında yarışın ən yaxşı idmançısı adına layiq görülüb.


17546 oxunub

InvestAZ