XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Basketbol Liqasında VII tura start verilir
İdman 10:40 / 17.12.2024

Bu gün Azərbaycan Basketbol Liqasında VII turun oyunlarına start veriləcək.

Turun ilk oyununda NTD və "Naxçıvan" komandaları qarşılşacaq. Oyun saat 16:00-da başlayacaq. "Sabah" - "Neftçi" görüşü isə saat 20:00-da start götürəcək. A qrupunun hər iki oyunu "Sərhədçi" İdman Mərkəzində keçiriləcək.

"Sabah" 12 xalla qrupda birinci, "Naxçıvan" 11 xalla ikinci pillədə qərarlaşıb. Beşinci olan NTD-nin 7 xalı var. "Neftçi" isə 6 xalla sonuncu - altıncıdır.

B qrupunda bir oyun reallaşacaq. "Lənkəran" səfərdə "Sumqayıt"ın qonağı olacaq. Qarşılaşma Sumqayıt Olimpiya İdman Mərkəzinin meydanında, saat 15:00-da start götürəcək. Hazırda "Lənkəran" 8 xalla beşincidir. Qrup sonuncusu olan "Sumqayıt"ın 7 xalı var.

Qeyd edək ki, turun digər oyunları dekabrın 18-də keçiriləcək.


16156 oxunub

InvestAZ