XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



Qadın voleybolçular arasında Yüksək Liqada ilin son oyunlarının tarixi müəyyənləşib
İdman 11:33 / 17.12.2024

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV turun proqramı müəyyənləşib. 

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, oyunlar dekabrın 19-da keçiriləcək.

İlin son matçları Bakı və Gəncə şəhərlərində təşkil olunacaq.

Saat 15:00-da Gəncə İdman Sarayında "Gəncə” UNEC-i qəbul edəcək.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində, saat 15:00-da "Abşeron" "Azərreyl"lə, iki saat sonra isə "Milli Aviasiya Akademiyası” "Murov Az Terminal" ilə üz-üzə gələcək.


6035 oxunub

InvestAZ