XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Çövkən üzrə XI Prezident Kubokuna start verilib
İdman 16:55 / 16.12.2024

Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) tərəfindən ənənəvi olaraq təşkil edilən çövkən üzrə XI Prezident Kuboku start götürüb.

ARAF-dan verilən məlumata görə, turnirdə iştirak edən 8 komanda iki qrupda mübarizə aparır.

Binə Atçılıq Mərkəzinin qapalı meydanında keçirilən yarışın qrup mərhələsinin oyunları bu gün, həmçinin 18 və 20 dekabrda baş tutacaq.

Prezident Kubokunun yarımfinalı dekabrın 23-də, üçüncülük uğrunda və final görüşü isə ayın 24-də gerçəkləşəcək.


16978 oxunub

InvestAZ