XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Dünya çempionatında gümüş medal qazanan ağırlıqqaldıranımız Vətənə qayıdıb
İdman 16:19 / 16.12.2024

Bəhreynin paytaxtı Manamada keçirilən dünya çempionatında gümüş medal qazanan Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Vətənə qayıdıb.

Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançının qarşılanma mərasimi baş tutub.

Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər və atletin yaxınları iştirak ediblər.

Qeyd edək ki, 109 kq çəki dərəcəsində çıxış edən idmançı birdənqaldırmada 183 kq nəticə ilə dördüncü olub. O, təkanlaqaldırmada 221 kq-ı ram edərək gümüş medal əldə edib. Toplam 404 kq (183+221) nəticə göstərən Dadaş Dadaşbəyli yekun sıralamada ikinci yeri tutub.


16066 oxunub

InvestAZ