XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Çingiz Hüseynzadə: “Azərbaycanın təhlükəsiz idmanla bağlı təcrübəsini başqa ölkələr də öyrənir və istifadə edir”
İdman 14:27 / 13.12.2024

"II Təhlükəsiz İdman Forumu Azərbaycanda idmanın daha təhlükəsiz olması, geniş inkişaf etməsi, valideynlərin öz uşaqlarını idmana daha rahat buraxmasını təmin etmək məqsədi ilə keçirilib”.

Bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə II Təhlükəsiz İdman Forumunda jurnalistlərə müsahibəsində deyib.

Təhlükəsiz idman anlayışının vacib məsələlərdən biri olduğunu deyən Çingiz Hüseynzadə forumun işində Beynəlxalq Olimpiya Komitəsinin, Avropa Olimpiya Komitələrininin bu məsələyə məsul şəxslərinin iştirak etdiyini qeyd edib: "Hesab edirəm ki, ölkəmiz təhlükəsiz idman sahəsi üzrə də beynəlxalq aləmdə tanınır. Azərbaycanın təhlükəsiz idmanla bağlı təcrübəsini başqa ölkələr də öyrənir və istifadə edir”.

MOK-un vitse-prezidenti jurnalistlərə açıqlamasında tədbiri ilk forumla müqayisədə fərqləndirib."İlk keçirilən forum təxminən bir il səkkiz ay bundan əvvəl təşkil olunmuşdu. Bu, Azərbaycanın ilk təcrübəsi idi. Biz hələ beynəlxalq qurumlara heç nə təqdim edə bilmirdik. Artıq keçən bu müddət ərzində görülən işləri beynəlxalq qurumlara təqdim etmişik. Bildiyiniz kimi, bu sahə üzrə yüksək dərəcəli mütəxəssislər də Bakıya gəlib, seminarlar keçiblər. Bu, artıq təkmilləşmiş bir təşkilatın forumudur. Hesab edirəm ki, bu forum çox uğurlu bir yol keçib”, - deyə Çingiz Hüseynzadə bildirib.


17514 oxunub

InvestAZ