XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



2030 və 2034-cü illərdə dünya çempionatlarının keçiriləcəyi ölkələr təsdiqləndi
İdman 10:56 / 12.12.2024

FIFA 2030 və 2034-cü illərdə dünya çempionatlarının keçiriləcəyi ölkələri rəsmən təsdiqləyib. Bu barədə qərar FIFA-nın Növbədənkənar Konqresində qəbul edilib. Əvvəlcədən məlum olduğu kimi, 2030-cu ildəki mundialın İspaniya, Portuqaliya, Mərakeş, Argentina, Paraqvay və Uruqvayda keçirilməsi rəsmiləşib.

2034-cü il dünya çempionatının isə Səudiyyə Ərəbistanında baş tutacağı dəqiqləşib. Asiya ölkəsində yay aylarındakı istini nəzərə alaraq, turnirin qışda təşkil olunması barədə qərar qəbul edilib.

2030-cu ildə mundiallar tarixinin 100 illlik yubileyi qeyd olunacaq. Bu səbəbdən ilk dəfə olaraq yarışa 6 ölkə ev sahibliyi edəcək.

Qeyd edək ki, turnir 2026-cı ildə ABŞ, Kanada və Meksikada reallaşacaq.



21608 oxunub

InvestAZ