XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bəhruz Nəbiyev Beynəlxalq Polo Federasiyasının Baş Assambleyasında iştirak edib
İdman 11:27 / 12.12.2024

Argentinanın paytaxtı Buenos-Ayres şəhərində Beynəlxalq Polo Federasiyasının (FIP) Baş Assambleyası keçirilib.

Azərbaycan Respublikası Atçılıq Federasiyasındanverilən məlumata görə, Assambleyada FIP-ə üzv ölkələrin nümayəndələri ilə yanaşı, Beynəlxalq Çövkən Federasiyasının (ICF) baş katibi Matsey Miçel Olbriç xüsusi qonaq qismində iştirak edib.

ICF prezidenti Bəhruz Nəbiyev tədbirdə onlayn şəkildə iştirak edərək, çövkən və polonun oxşarlığını vurğulayıb, bu iki yaxın idman növünü dünyada tanıtmaq üçün birgə strategiyanın hazırlanmasının vacibliyini bildirib.

Tədbir çərçivəsində M.Olbriç FIP prezidenti Pyer Dilye və qurumun baş direktoru Aleyandro Teylor ilə görüşərək, iki federasiya arasında Dostluq Memorandumunun hazırlanması üzrə müzakirələr aparıb. Bu təşəbbüsün hər iki təşkilat arasında artan əməkdaşlığın təzahürü olduğu qeyd edilib.

Xüsusilə çövkənin beynəlxalq səhnədə artan nüfuzu vurğulanaraq, Bakı şəhərində bu növ üzrə dünya çempionatının təşkil edilməsi ideyası böyük maraqla qarşılanıb.

Bu Assambleya polo və çövkən icmaları arasında əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı inkişafın təşviqi və hər iki idman növünün dünyada tanınması istiqamətində mühüm addım kimi qiymətləndirilir.



16855 oxunub

InvestAZ