XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Tədqiqatçı alimin yeni kitabı işıq üzü görüb
İdman 16:49 / 10.12.2024

Pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyevin "Boloniya sistemi üzrə Avropa təhsilinin izahlı lüğəti” adlı yeni kitabı işıq üzügörüb.

Müəllifin hazırladığı kitabda Boloniya sistemi üzrə Avropa təhsilində geniş yayılmış çox işlənən terminlər yer alıb. Yığcam və sistemləşdirilmiş lüğət Avropa və Azərbaycan mütəxəssislərinin işlə­yib hazırladıqları Boloniya terminologiyası əsasında tərtib edilib.

Kitabda həmçinin müxtəlif dövrlərdə yaranan kurikulum boloniya sistemləri üzrə tərcümələrdən bəhs edilir, bütövlükdə tarixi lüğət tipləri və onların müəllifləri haqqında geniş məlumatlar verilir. Müəllif xronoloji ardıcıllıqla tarixi lüğətlərimizi araşdırmış, onlar haqqında yazılanları ümumiləşdirərək maraqlı faktlara əsaslanıb.

Lüğət Azərbaycan İdman Akademiyasının professor-müəllim heyəti, tələ­bələri, eləcə də geniş oxucu küt­ləsi üçün nəzərdə tutulub.

"Boloniya sistemi üzrə Avropa təhsilinin izahlı lüğəti” İdman Akademiyasının Elmi şurasının "13” sentyabr 2024-cü il tarixli iclasında (protokol № 1) müzakirə edilərək bəyənilmiş və nəşri məqsədəuyğun sayılıb.


17172 oxunub

InvestAZ