XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Dövlət qurumlarının əməkdaşları arasında bilyard yarışı keçirilib
İdman 11:14 / 09.12.2024

Bakıda dövlət qurumlarının əməkdaşları arasında keçirilən bilyard yarışına yekun vurulub.

Azərbaycan Bilyard Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, kişilər və qadınlar arasında təşkil olunan və iki gün davam edən yarışda 23 dövlət qurumundan 43 əməkdaş iştirak edib.

Qadınlar arasında Türkan İbadova ("İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İlahə Hacıyeva və Fatimə Quliyeva (hər ikisi SOCAR), müvafiq olaraq, ikinci və üçüncü yerə layiq görülüblər.

Kişilər arasında Elnur Quliyev (İqtisadiyyat Nazirliyi) birinci olub. Fətəli Səfərov (Nazirlər Kabineti) yarışı ikinci, Toğrul Mahmudov (SOCAR) isə üçüncü pillədə başa vurublar.

Turnir Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Bilyard Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub.


19664 oxunub

InvestAZ