XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Olimpiya mükafatçımız 2024-cü ili reytinqdə ikinci pillədə başa vurdu
İdman 11:28 / 06.12.2024

Fransanın paytaxtı Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında gümüş medal əldə edən Azərbaycan taekvondoçusu Qaşim Maqomedov dünya reytinqində 2024-cü ili ikinci pillədə başa vurub.

Bu, Dünya Taekvondosunun (World Taekwondo) rəsmi saytında dekabr ayı üçün açıqladığı reytinqdə əksini tapıb.

58 kq çəki dərəcəsində yer alan idmançının mövqeyində dəyişiklik olmayıb. O, 120 xalla ikinci sırada yer alıb.

Qaşim Maqomedovun Paris-2024-ün finalında məğlub olduğu Cənubi Koreya təmsilçisi Park Taejoon (200 xal) ilk sıradadır.

Qeyd edək ki, Qaşim Maqomedov qızıl medal uğrunda görüşdə zədələndiyi üçün gümüş medala sahib çıxmışdı
16202 oxunub

InvestAZ