XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Kişi voleybolçular arasında Yüksək Liqaya start veriləcək
İdman 11:12 / 04.12.2024

Bu gün kişi voleybolçular arasında Yüksək Liqaya start veriləcək.

I turun hər iki oyunu Bakıda keçiriləcək. Açılış matçında "Murov Az Terminal” MOİK-lə üz-üzə gələcək. "Murov Az Terminal”ın idman zalında təşkil olunacaq görüş saat 15:00-da başlayacaq. "Azərreyl” isə Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində "Neftçi”nin qonağı olacaq. Qarşılaşma saat 17:00-da start götürəcək.

Qeyd edək ki, turun "Gənclər” – "Xilasedici” oyunu dekabrın 5-də Sumqayıtda keçiriləcək.


16611 oxunub

InvestAZ