XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bakıda üçnövçülük üzrə Azərbaycan çempionatı keçiriləcək
İdman 14:32 / 04.12.2024

Bakıdakı Respublika Olimpiya Mərkəzində Tofiq Karayev mükafatı uğrunda üçnövçülük üzrə XXVII Azərbaycan çempionatı keçiriləcək.

Azərbaycan Atletika Federasiyasından verilən məlumata görə, yarış 2011-2012 təvəllüdlü idmançılar arasında baş tutacaq.

İstedadlı uşaqların müəyyən edilməsi məqsədi daşıyan turnirə 60 və 200 metr məsafəyə qaçış, həmçinin uzunluğa tullanma növbəri daxildir.

Qeyd edək ki, Azərbaycan çempionatı dekabrın 7-də təşkil olunacaq.


16785 oxunub

InvestAZ