XƏBƏR LENTİ
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026



Avropa Liqası: "Qarabağ" bu gün "Lion"la üz-üzə gələcək
İdman 10:02 / 28.11.2024

Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsinin V turuna start veriləcək. Azərbaycanın "Qarabağ" klubu bu tur Fransanın "Lion" klubu ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq oyun saat 21:45-də başlayacaq. Matçın baş hakimi serbiyalı Nenad Minakoviç olacaq. Qeyd edək ki, "Qarabağ" 4 turdan sonra 3 xalla 29-cu, "Lion" isə 7 xalla 9-cu pillədə yer alıb. 
Xatırladaq ki, Ağdam təmsilçisi daha əvvəl İngiltərədə "Tottenhem"ə (0:3), doğma meydanda İsveç təmsilçisi "Malmö"yə (1:2) və Niderlandın "Ayaks" komandasına (0:3) uduzub. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv IV turda Norveçdə "Budyo Qlimt"i məğlub edib - 2:1. "Lion" isə doğma meydanda Yunanıstanın "Olimpiakos" (2:0), səfərdə Şotlandiyanın "Reyncers" (4:1) klublarına qalib gəlib. Daha sonra evdə Türkiyənin "Beşiktaş" komandasına uduzan (0:1) fransızlar Almaniyada "Hoffenhaym"la bərabərə (2:2) qalıb.


16151 oxunub

InvestAZ