XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Canni İnfantino: "Dünya liderlərinin toplaşdığı COP29-a dəvət almaq şərəfli idi"
İdman 10:53 / 14.11.2024

Qlobal iqlim problemlərini həll etmək üçün dünya liderlərinin toplaşdığı Bakıda keçirilən COP29-a dəvət almaq şərəfli idi.

Bunu FIFA prezidenti Canni İnfantino şəxsi instaqram hesabında yazıb.

O, paylaşımında tədbirdə planetin, həmçinin futbolun gələcəyini Prezident İlham Əliyev, bir çox dövlət başçısı və hökumət nümayəndəsi ilə müzakirə etdiyini bildirib.

"FIFA beynəlxalq təşkilat olaraq, ətraf mühit və iqlimin qorunmasına ciddi yanaşır. Buradakı tədbirdə iştirak edən hər kəsin ümimi məqsədi var ki, bundan məmnun oldum: uşaqlarımız və onların gələcəyi. FIFA iqlim dəyişikliyi ilə bağlı mühüm qlobal məsələdə öz rolunu oynamağa davam edəcək. Prezident İlham Əliyevə, AFFA-ya və Azərbaycandakı hər kəsə təşəkkür edirəm", - ali futbol qurumunun rəhbəri vurğulayıb.


17729 oxunub

InvestAZ