XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Qarabağ”ın dəvəti ilə COP29-a görə Bakıya gələcək Avropa klubları müəyyənləşib
İdman 10:04 / 14.11.2024

"Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində yaradılacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansda yer alacaq komandalar noyabrın 15-i axşam saatlarında Bakıya təşrif buyuracaq.

"Qarabağ" klubunun mətbuat xidmətindən verilən məlumata görə, COP29 Sədrliyi və BMT-nin İdman və İqlim Dəyişikliyi üzrə Departamentinin (UNFCCC) dəstəyi, "Qarabağ” və Avropa Klublar Assosiasiyasının (ECA) birgə təşkilatçılığı ilə təsis olunacaq alyansda komandamızla yanaşı, 10 klub yer alacaq.

"Qarabağ"ın dəvəti ilə COP29-da iştirak edəcək klublar - "Liverpul”, "Tottenhem” (hər ikisi İngiltərə), "Atletiko Madrid”, "Real Betis” (hər ikisi İspaniya), "Fənərbaxça”, "Qalatasaray” (hər ikisi Türkiyə), "Udineze” (İtaliya), "Porto” (Portuqaliya), "Flamenqo” (Braziliya), "Malmö” (İsveç) iqlim dəyişikliyi ilə mübarizədə və dayanıqlılıq mövzularında böyük təcrübəyə malikdirlər.

Qeyd edək ki, alyansın yaradılması ilə bağlı tədbir noyabrın 16-da keçiriləcək.


17953 oxunub

InvestAZ