XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Qarabağ” klubu iqlim dəyişikliyi ilə mübarizədə futbol klublarının birgə alyans yaratması təşəbbüsü ilə çıxış edib
İdman 17:14 / 12.11.2024

"Qarabağ” futbol klubu Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyans yaratması təşəbbüsü ilə çıxış edib.

"Qarabağ" klubundan verilən məlumata görə, bu təşəbbüs COP29 Sədrliyi və BMT-nin İdman və İqlim Dəyişikliyi üzrə Departamenti (UNFCCC) tərəfindən dəstəklənib. Tədbir noyabrın 16-da saat 14:00-da Mavi Zonanın "Nəsimi" zalında keçiriləcək. 

Dünyanın, xüsusilə Avropanın iqlim dəyişikliyi və dayanıqlılıq sahəsində tanınmış və təcrübəli futbol klubları "Qarabağ”ın dəvətini qəbul edərək bu əhəmiyyətli toplantıda iştiraklarını təsdiqləyiblər. Tədbirdə iqlim dəyişikliyi ilə mübarizədə idmanın təsiri haqqında geniş müzakirələr aparılacaq və alyansda yer alan tərəfdaş klublar öz təcrübələrini paylaşacaqlar.


17978 oxunub

InvestAZ