XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Federasiya prezidenti dünya çempionatında qızıl medal qazanan güləşçiləri təbrik edib
İdman 11:10 / 04.11.2024

Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatında üç qızıl medal qazanan yunan-Roma güləşçilərini təbrik edib.

O, "X” hesabında millinin titulunu qoruduğunu yazıb.

"Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında güləşçilərimiz 3 qızıl medal qazandılar. Eldəniz Əzizli tarixi uğura imza ataraq, Azərbaycan güləşinin ilk 4 qat dünya çempionu oldu. Nihat Məmmədli və Ülvü Qənizadə isə karyeralarında ilk dəfə dünya çempionatında qalib gəldilər. Yunan-Roma güləşi millimiz titulunu qorudu və ikinci dəfə komanda hesabında dünya çempionu oldu. Tarixi uğurlar münasibətilə güləşçilərimizi, onların valideynlərini və məşqçilərini təbrik edirik", - deyə paylaşımda bildirilib.


21237 oxunub

InvestAZ