XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Gənc boksçularımız dünya birinciliyində yeni rekorda imza atıblar
İdman 13:50 / 31.10.2024

Gənc boksçulardan ibarət Azərbaycan milli komandası tarixi uğura imza atıb.

Azərbaycan Boks Federasiyasından (ABF) verilən məlumata görə, yığmamız bunu Monteneqronun Budva şəhərində keçirilən dünya çempionatında reallaşdırıb.

Millinin 5 boksçusu mundialın yarımfinalına adlayıb. Bilalhəbaşi Nəzərov (48 kq), Zidan Hümbətov (51 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Əli Abdullayev (63,5 kq) və Aynur Mikayılova (57 kq) 1/4 final mərhələsini qələbə ilə başa vurublar. Bununla da yığma yarışın 5 mükafatını təmin edib.

Bu nəticə Azərbaycan boks tarixində yeni rekorddur. Azərbaycan millisi indiyədək gənclərin dünya birinciliyində heç vaxt bu qədər mükafat qazanmayıb.

Əvvəlki rekord 2004-cü ildə qeydə alınıb. 20 il əvvəl 4 boksçumuz yarımfinala adlayıb. Cənubi Koreyanın Jeju şəhərində baş tutan mundialda boksçularımız 4 bürünc medal qazanıb.

Aynur Mikayılova isə mundialda medal qazanacaq ilk azərbaycanlı qız boksçu olacaq. Bunadək heç bir idmançımız bunu bacarmayıb.


19110 oxunub

InvestAZ