XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Eldəniz Əzizli dördüncü dəfə dünya çempionu oldu
İdman 00:30 / 30.10.2024

Albaniyanın paytaxtı Tiranada güləş üzrə böyüklər arasında dünya çempionatına start verilib. Mundiala yunan-Roma güləşçiləri başlayıblar. 

Təmsilçilərimizdən Eldəniz Əzizli (55 kq) dünya çempionatına albaniyalı Bayram Sina üzərində inamlı qələbəylə start verib – 8:0. Millinin kapitanı 1/4 finalda çinli Haifenq Janqa heç bir şans verməyib – 9:0. Dünya çempionumuz yarımfinalda rumıniyalı Denis Mihayı vaxtından əvvəl xalçadan məyus yola salıb – 9:0. Eldəniz finalda iranlı Poya Marzla qarşılaşıb. Rəqibinə sonuncu xal prinsipinə əsasən (1:1) qalib gələn E.Əzizli ardıcıl 3-cü dəfə dünya çempionu olub. Ümumilikdə dünya çempionatında titullarının sayını 4-ə çatdıran Eldəniz Azərbaycan güləş tarixində yeni rekord müəyyənləşdirib.

Komandamızın digər üzvü Nihat Məmmədli (63 kq) ilk mərhələdə amerikalı İldar Hafizova vaxtından əvvəl qalib gəlib – 10:0. Gənc güləşçimiz 1/8 finalda bolqarıstanlı Abu Muslim Amayevi "tuş”la üstələyib. N.Məmmədli daha sonra belaruslu Qleb Makarankaya gücünü göstərib – 5:0. Nihat yarımfinalda isə ermənistanlı Karen Aslanyan üzərində inamlı qələbəylə (6:1) adını finala yazdırıb. Güləşçimiz həlledici qarşılaşmada qazaxıstanlı Yerjet Jarlikassinə də şans verməyərək (6:1) ilk dəfə dünya çempionu olub.

Mübarizəyə 1/8 finaldan başlayan Ülvü Qənizadə (72 kq) gürcüstanlı Otar Abuladzedən güclü olub – 5:1. Həmyerlimiz növbəti mərhələdə xorvatiyalı Dominik Etlingerə vaxtından əvvəl qalib gəlib – 9:0. Ü.Qənizadə yarımfinalda çinli Ji Lenqi xalçadan məyus yola salıb – 6:0. Ülvü finalda fransalı İbrahim Qanemə 3:2 hesabıyla qalib gələrək ilk dəfə böyüklər arasında dünya çempionu olub.

Qurban Qurbanov (82 kq) debütdə albaniyalı Kevin Kupini mübarizədən kənarlaşdırıb – 9:0. Milli komandamızın üzvü 1/8 finalda macarıstanlı Erik Silvassiyə 1:2 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün təsəlliverici görüşə çıxan Q.Qurbanov özbəkistanlı Jalqasbay Berdimuratova qalib gəlib – 5:0. Qurban bürünc medal uğrunda qarşılaşmada türkiyəli Ahmet Yılmazla bacarmayıb – 1:8.


21162 oxunub

InvestAZ