XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Formula 1 pilotunun 770 min avroluq şəxsi avtomobili
İdman 12:47 / 29.10.2024
Formula 1 pilotu Şarl Leklerin yeni "Ferrari"si Monakoda yanacaqdoldurma məntəqəsində görünüb. O, SF90 XX kimi tanınan "Ferrari SF90 Stradale"in ekstremal versiyasını idarə edir. Avtomobil Leklerə məxsus "Ferrari Daytona SP3" ilə eyni üslubda hazırlanıb. Avtomobilin yan qapısında pilota məxsus, Formula 1-də Skuderiya üçün yarışdığı 16 nömrəsi qeyd olunub.
Onun "Ferrari"sinin kapotunun altında 758 kVt (1030 at gücü) gücündə V8 əsasında hibrid elektrik stansiyası yer alıb. Avtomobil 100 km/saata 2,3 saniyəyə sürətlənir, maksimal sürəti isə 340 km/saatdır.
"Ferrari SF90 XX Stradale" 799 nüsxə ilə istehsal edilib. Qiyməti 770 min avrodan başlayır.

18732 oxunub

InvestAZ