XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Mançester Yunayted" yeni baş məşqçisini tapıb?
İdman 12:18 / 29.10.2024
İngiltərənin "Mançester Yunayted" klubu niderlandlı baş məşqçisi Erik ten Haqın komandadan uzaqlaşdırdıqdan sonra yeni namizəd axtarışına start verib.
"Sportinq"in baş məşqçisi Ruben Amorim "Mançester Yunayted"də bu vəzifəyə əsas namizədlərdən biri sayılır. Bu barədə məlumat "Manchester Evening News" saytında yer alıb. Tərəflər arasında təzminat məbləği həll olunduqdan sonra rəsmi açıqlama veriləcək.
Məlumat üçün bildirək ki, Amorim 2020-ci ildən "Sportinq"ə rəhbərlik edir. O, "Aslanlar"la iki dəfə Portuqaliya çempionatını, iki dəfə Portuqaliya Liqa Kubokunu və bir dəfə Portuqaliya Super Kubokunu qazanıb.

18321 oxunub

InvestAZ