XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Qalatasaray" derbidə qalib gəldi
İdman 23:12 / 28.10.2024

Türkiyə Superliqasında X turun mərkəzi görüşü keçirilib.

Prinsipial oyunda "Qalatasaray” "Beşiktaş”ı qəbul edib. Oyun ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Cim-bom"un heyətində qolları Davinson Sançes və Viktor Osimhen vurublar. Qonaqların yeganə topuna isə Ernest Muçi imza atıb.

Bu nəticədən sonra xallarını 28-ə çatdıran "Qalatasaray" turnir cədvəlinə başçılıq edir. Rəqibindən bir matç az keçirən qonaqlar isə 20 xalla 4-cü sıradadır.


18033 oxunub

InvestAZ