XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Sərbəst güləşçilərimiz Gimnaziadada 9 medal qazanıblar
İdman 20:53 / 28.10.2024

Azərbaycanın sərbəst güləşçiləri Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziada İdman Oyunlarında 9 medal qazanıblar. 

İlk yarış günündə Azərbaycanın 11 idmançısı xalça üzərinə çıxıb. Hüseyn Hüseynov (55 kq) və Həsən Həsənov (60 kq) bütün rəqiblərinə qalib gələrək qızıl, yalnız finalda uduzan Fərhad Süleymanlı (92 kq) gümüş, Fərid Ağasızadə, Hüseyn İsmayılov (hər ikisi 65 kq), Rəşad Veysəlov, Nihad Abasov (hər ikisi 71 kq), Nihad Süleymanlı (80 kq) və Hakim Tağıyev (110 kq) isə bürünc mükafata layiq görülüblər.

Oktyabrın 30-dək davam edəcək Gimnaziadada Azərbaycan 16 növ üzrə 160 idmançı ilə təmsil olunur.


18314 oxunub

InvestAZ