XƏBƏR LENTİ
05 Fevral 2025
04 Fevral 2025
03 Fevral 2025
02 Fevral 2025
31 Yanvar 2025
30 Yanvar 2025
29 Yanvar 2025
28 Yanvar 2025



Taekvondoçularımız Gimnaziadaya 2 medalla başladılar
İdman 21:07 / 28.10.2024

Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında taekvondo yarışlarına start verilib.

İlk yarış günündə Azərbaycanın iki idmançısı fəxri kürsüyə qalxıb.

Oğlanların mübarizəsində Elcan Əliyev (78 kq) finalda iranlı rəqibinə məğlub olaraq gümüş medal qazanıb.

Qızlar arasında isə Seyidxanım Məmmədova (52 kq) bürünc mükafata layiq görülüb.

Oktyabrın 30-dək davam edəcək oyunlarda 26 idman növü üzrə 71 ölkədən 18 yaşadək olan 3687 idmançı mübarizə aparır. Azərbaycan Gimnaziadada 16 növ üzrə 160 idmançı ilə təmsil olunur.


3734 oxunub

InvestAZ