XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan Kuboku: Bu gün daha dörd oyun təşkil olunacaq
İdman 10:56 / 29.10.2024

Bu gün Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha dörd oyunu keçiriləcək.

Misli Premyer Liqasında mübarizə aparan üç komanda - "Araz-Naxçıvan”, "Kəpəz” və "Səbail” mübarizəyə start verəcəklər.

Günün ilk matçı Sumqayıtda təşkil olunacaq. "Kapital Bank Arena”nın ehtiyat meydançasında MOİK "Şimal”ı qəbul edəcək. Görüş saat 14:00-da başlayacaq.

"Araz-Naxçıvan” "Liv Bona Dea Arena”da "Şahdağ Qusar”la, "Kəpəz” Tovuz şəhər stadionunda "Ağdaş”la münasibətlərini aydınlaşdıracaq. Hər iki görüş saat 16:00-da start götürəcək.

Saat 18:00-da isə "Dinamo” (Bakı) klubu "ASCO Arena”da "Səbail”i qəbul edəcək.

Bu raundun digər qarşılaşmaları oktyabrın 30-31-də təşkil olunacaq.

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk matçında "Turan Tovuz" "Hypers Guba”nı 7:2 hesabı ilə məğlub edərək, 1/8 finalda "Sabah”a rəqib olub.


17932 oxunub

InvestAZ