XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Badmintonçumuz beynəlxalq turnirdə gümüş medal qazandı
İdman 11:13 / 29.10.2024

Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Niderlandın Hertogenbos şəhərində keçirilən "YONEX Dutch Open” beynəlxalq turnirində gümüş medal qazanıb.

Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, o, qadın badmintonçuların şəxsi yarışında finala kimi irəliləyib. Mübarizəyə 1/16 finaldan başlayan Keişa finala gedən yolda Hindistan, Danimarka və Bolqarıstan təmsilçilərinə qalib gəlib.

Badmintonçumuz qızıl medal uğrunda keçirilən həlledici oyunda malayziyalı Kisona Selvaduraya 0:2 (14-21,16-21) hesabı ilə uduzaraq gümüş medala layiq görülüb.


17510 oxunub

InvestAZ