XƏBƏR LENTİ
05 Fevral 2025
04 Fevral 2025
03 Fevral 2025
02 Fevral 2025
31 Yanvar 2025
30 Yanvar 2025
29 Yanvar 2025
28 Yanvar 2025



Ölkəmizdə ağırlıqqaldırma idman növünün perspektivləri və inkişaf imkanları müzakirə edilib
İdman 14:18 / 28.10.2024

Polşada keçirilən Avropa birinciliyi ilə əlaqədar bu ölkəyə səfər edən Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) vitse-prezidenti Firdovsi Umudov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Məhəmməd Caludla görüşüb.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, söhbət zamanı ölkəmizdə ağırlıqqaldırma idman növünün perspektivləri və inkişaf imkanları ətrafında fikir mübadiləsi aparılıb. Federasiyalar arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində bir sıra təkliflər irəli sürülüb.

Federasiyanın uzunmüddətli strateji plan üzrə fəaliyyət göstərdiyini bildirən F.Umudov bu işdə beynəlxalq qurumun dəstəyinin önəmini vurğulayıb. Daha sonra gələcək yarışlar, hakim və məşqçi seminarları, təşkilatçılıq məsələləri, eləcə də akademiyaların işinin təşkili ətrafında söhbət aparılıb. Görüşün sonunda Məhəmməd Caluda Azərbaycan Ağırlıqqaldırma Federasiyasının xüsusi hədiyyəsi təqdim edilib.



3576 oxunub

InvestAZ