XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Stolüstü tennisçilərimizin Riqa sınağı uğurla yadda qaldı
İdman 11:48 / 28.10.2024

Azərbaycan stolüstü tennisçiləri Latviyanın paytaxtı Riqada keçirilən "Riga City Council’s Youth Cup” beynəlxalq turnirini 9 medalla başa vurublar.

AzərbaycanStolüstü Tennis Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışın son günlərində komanda 7 medal qazanıb.

Şəbnəm Mansurova U-15 yaş kateqoriyasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həmin yaş qrupunda qüvvəsini sınayan Onur Quluzadə ikinci, Yağmur Məmmədli isə üçuncü yeri tutub.

U-19 yaş kateqoriyasında da gücünü sınayan Onur Quluzadə, Tunar Bağırov, Şəbnəm Mansurova və Yağmur Məmmədli üçuncü olublar.

Qeyd edək ki, yarışın ilk günündə O.Quluzadə ilə Y.Məmmədli U-13 yaş qrupunda baş mükafata yiyələnib. Beləliklə, stolüstü tennisçilər Riqa sınaqlarını 3 qızıl, 1 gümüş, 5 bürünc medalla başa vurublar.


16649 oxunub

InvestAZ