XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Boksçularımız dünya birinciliyində mübarizə aparırlar
İdman 00:52 / 28.10.2024

Monteneqronun Budva şəhərində gənc boksçular arasında dünya birinciliyi davam edir.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 1/8 final mərhələsində rinqə çıxan Azərbaycan millisinin 4 boksçusu çıxışını qələbə ilə yekunlaşdırıb.

Bilalhəbaşi Nəzərov (48 kq) Jair Bonillanı (Ekvador) sınağa çəkib. Yığma üzvü hər 3 raundu aktivinə yazaraq, rəqibini 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:26) hesabı ilə məğlub edib. O, növbəti görüşündə Angel Sober Ruislə (Kuba) döyüşəcək.

Zidan Hümbətov (51 kq) da mübarizəni 1/4 finalda davam etdirəcək. Boksçumuz Mateuş Şoçarja (Polşa) 5:0 (30:27, 30:26, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. Zidan Hümbətovun növbəti rəqibi Meroj Sufijonov (Tacikistan) olacaq.

Ömər Aslanlı (54 kq) qazaxıstanlı Bayirjan Muratova gücünü göstərib. O, 4:1 (28:28, 29:27, 27:29, 29:27, 28:28) hesabı ilə qələbə qazanıb. Boksçumuz 1/4 finalda Sobirjon Tastanovu (Özbəkistan) sınağa çəkəcək.

Əli Abdullayev (63,5 kq) ardıcıl 3-cü görüşünü də aktivinə yazıb. O, 1/8 finalda Ruslan Qafurovu (Tacikistan) mübarizədən kənarlaşdırıb – 5:0 (29:28, 29:27, 29:28, 29:28, 29:28). Əli Abdullayev növbəti döyüşündə Emmanouil Fotiadislə (Yunanıstan) üz-üzə gələcək.


17486 oxunub

InvestAZ