XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Pəhləvanlarımız dünya çempionatını 8 medalla başa vurdular
İdman 00:21 / 28.10.2024

Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U-23 dünya çempionatına yekun vurulub.

Azərbaycan komandası çempionatda güləşin hər üç novündə təmsil olunub. Pəhləvanlarımız çempionatı 2 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurublar. Jalə Əliyeva (57 kq) tarixi uğura imza ataraq, Azərbaycan qadın güləşində U-23 dünya çempionu olan ilk idmançımız ünvanına sahib çıxıb. Bu yarışda, həmçinin, Maqomed-Başir Xaniyev (70 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Ruslan Abdullayev (61 kq) və Arseniy Djioyev (86 kq) gümüş, Nihad Quluzadə (60 kq), Xasay Həsənli (77 kq) və Cəbrayıl Qadjiyev (74 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, Azərbaycanın sərbəst güləş üzrə millisi dünya çempionatında 1 qızıl 2 gümüş və 1 bürünc medalla komanda hesabında üçüncü yeri tutub. Yekunda 100 xal toplayan yığmamız İran (158) və Yaponiyadan (102) geri qalıb.

Böyüklər kateqoriyasına keçid dövründə qazanılmış bu nailiyyətlər gələcək perspektivlərdən xəbər verir və növbəti yarışlarda da uğurlu nəticələrə inam yaradır.


17808 oxunub

InvestAZ