XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Aerobika gimnastları ölkə birinciliyində bir araya gələcəklər
İdman 11:30 / 28.10.2024

Noyabrın 1-2-də aerobika gimnastikası üzrə 8-ci ölkə birinciliyi, Bakı çempionatı və paytaxt birinciliyi keçiriləcək.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışlar Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil olunacaq.

Turnirdə "Ocaq Sport” klubu və Sumqayıt Olimpiya İdman Kompleksindən 76 gimnast medallar uğrunda mübarizə aparacaq.

İdmançılar uşaqlar (2013-2015), yeniyetmələr (2009-2011-ci il) və gənclər (2006-2008-ci il) yaş kateqoriyalarına uyğun olaraq fərdi və üçlük proqramda çıxış edəcəklər.



17243 oxunub

InvestAZ