XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Karateçilərimiz Rusiyadan 5 medalla qayıdırlar
İdman 11:01 / 28.10.2024

Azərbaycanın yeniyetmə karateçiləri Rusiyanın Oryol şəhərində keçirilmiş "Karat Cup" beynəlxalq turnirində 5 medal qazanıblar.

Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindənverilən məlumata görə, "Jaguar" İdman Klubunun idmançılarından Şamo Kamilov (+70 kq) gümüş, Murad Dinç (70 kq), Bəhman Orucov (57 kq) və Sultan Səlimov (52 kq) şəxsi kumite yarışlarında bürünc mükafata sahib çıxıblar.

Komanda kumite yarışlarında Şamo Kamilov, Murad Dinç, Bəhman Orucov və Sultan Səlimov bütün rəqiblərini qabaqlayaraq qızıl medala yiyələniblər.

Qeyd edək ki, beynəlxalq turnirdə 5 ölkədən (Rusiya, Azərbaycan, Belarus, Qazaxstan və Ermənistan) 500-ə yaxın karateçi mübarizə aparıb.



16134 oxunub

InvestAZ