XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



MOK-da Təhlükəsiz idman mövzusunda görüş olub
İdman 15:58 / 24.10.2024

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Təhlükəsiz idman bölməsinin məsləhətçisi xanım Tiene Vertommen ölkəmizdə səfərdədir.

Belçikalı mütəxəssis səfərin ikinci günündə UNICEF nümayəndələri arasında təşkil olunan görüşdə iştirak edib.

Milli Olimpiya Komitəsinin inzibati binasında keçirilən görüşdə Tiene Vertommenlə yanaşı, UNICEF-in uşaq müdafiəsi mütəxəssisi Vüqar Salmanov, yeniyetmə inkişaf üzrə mütəxəssisi Nigar Nəsrullayeva, MOK-un idman idarəsinin baş məsləhətçisi, Təhlükəsiz idman üzrə Beynəlxalq Olimpiya Komitəsinin setifikatlaşdırılmış mütəxəssisi Vaqif Əliyev, beynəlxalq proqramlar şöbəsinin əməkdaşı Ceyhun Rəhmənov, Beynəlxalq Olimpiya proqramları idarəsinin aparıcı məsləhətçi Lalə Hüseynova, "Təhlükəsiz idman" üzrə işçi heyətinin üzvü Ayan Xankişiyeva iştirak edib.

Görüş zamanı uşaqların, yeniyetmələrin, gənclərin idmanda təhlükəsizliyi haqqında danışılıb, fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, bu sahənin təbliğatı istiqamətində paytaxtda və regionlarda bir sıra maarifləndirici tədbirlər təşkil olunub. Tiene Vertommen Bakıda səfərdə olduğu müddətdə keçirdiyi görüşlər barədə danışıb, öz təcrübəsini bölüşüb.


18505 oxunub

InvestAZ