XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Olimpiya Dəyərlərinin Tədrisi Proqramı" üzrə təlim keçirilib
İdman 15:01 / 24.10.2024

Oktyabrın 21-23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) çərçivəsində "Olimpiya Dəyərlərinin Tədrisi Proqramı" (OVEP) üzrə təlim keçirilib. 

Təlimdə paytaxtın müxtəlif məktəblərini təmsil edən 20 fiziki tərbiyə müəllimi iştirak edib. "Olimpiya Dəyərlərinin Tədrisi Proqramı” üzrə keçirilən təlimin əsas məqsədi fiziki tərbiyə müəllimlərini təlimçi kimi yetişdirmək və onlara Olimpiya dəyərlərini gənc nəsillərə ötürmək bacarığını qazandırmaq olub.

Əməkdar müəllim, məsləhətçi, aparıcı təlimatçı Vəli Musayev Beynəlxalq Olimpiya Komitəsinin (BOK) təlimatlarına uyğun olaraq metodiki tövsiyyələri əsasında təşkil olunmuş kursda iştirakçılara Olimpiya Hərəkatı, onun tarixi, prinsipləri, dəyərləri və əhəmiyyəti haqqında ətraflı məlumat verib. İştirakçılar qrup şəklində təqdimatlar edərək, interaktiv metodlardan istifadə ediblər.

Təlimdə iştirak edən OCEP-in ekspert qrupunun sədri Namiq Cəfərov Olimpiya Kəndi və Olimpiya Oyunlarında könüllülük mövzusunda çıxış edib.

Ölkəmizə səfər edən Beynəlxalq Olimpiya Komitəsinin Təhlükəsiz İdman Bölməsinin məsləhətçisi Tine Vertommen bu təlimdə iştirak edərək, müəllimləri təhlükəsiz idman mövzusunda məlumatlar verib.

Üç günlük təlimin yekununda kursu uğurla tamamlayan iştirakçılara sertifikatlar və OVEP kitabı təqdim olunub.


21216 oxunub

InvestAZ