XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Stolüstü tennisçilərimizin Riqa sınağı
İdman 11:01 / 24.10.2024

Latviyanın paytaxtı Riqa şəhərində stolüstü tennis üzrə "Riga City Council’s Youth Cup” beynəlxalq turnirinə start verilib.

Azəbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, milli komandamız yarışda geniş heyətlə təmsil olunur. Baş məşqçi Fərhad İsmayılov, məşqçilər Mehman Səmədov, Rza Mirzəyev, Billurə Eminova və Məryəm İmanovanın rəhbərliyi ilə Latviyaya 16 idmançı yollanıb.

Tahir Qubadov, Toğrul Məhəmmədov, Xədicə Əbilzadə, Səbinə Məmmədova, Nigar Mahmudova U-19, Tunar Bağırov, Uğur Nəzərli, Şəbnəm Mansurova, Mələk Əhmədzadə, Xədicə Eylazova U-15, Onur Quluzadə, Şakir Qədirov, Yağmur Məmmədli, Banu Baytallı U-13, Mehri Aslanzadə ilə Əliəkbər Mirzəliyev isə U-11 yaş kateqoriyasında mübarizə aparacaq.

Beynəlxalq turnirə oktyabrın 27-də yekun vurulacaq.


20893 oxunub

InvestAZ