XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Sağlam həyat” layihəsi Goranboyda
İdman 10:01 / 21.10.2024

Gənclər və İdman Nazirliyi tərəfindən bölgələrdə keçirilən səyyar "Sağlam həyat” layihəsi davam edir.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, layihə çərçivəsində səyyar idman avtomobili oktyabrın 20-də Goranboyda olub.

Goranboy şəhərində Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunan tədbirə qoşulan idman həvəskarları öz yaş qrupları üzrə müxtəlif idman normativlərini yerinə yetirərək fiziki bacarıqlarını sınayıblar. Qaliblər müvafiq sertifikatlarla təltif olunublar.

Qeyd edək ki, layihə çərçivəsində "Sağlam həyat" avtomobili ölkənin digər bölgələrinə də istiqamət alacaq.



22277 oxunub

InvestAZ