XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bakıda xizək alpinizminin inkişafı üzrə görülənişlər və yeniliklər barədə görüş keçirilib
İdman 00:20 / 20.10.2024

Bakıda Beynəlxalq Xizək Alpinizmi Federasiyasının 17-ci Plenar Assambleyası təşkil edilib.

Azərbaycanda ilk dəfə keçirilən tədbirdə 24 ölkədən 60-a yaxın nümayəndə iştirak edib.

Azərbaycan Qış İdman Növləri Federasiyasının vitse-prezidenti Florian Zenqstşmid son illər ölkəmizdə qış idman növlərinin inkişafı, lazımi infrastrukturun yaradılması, yerli idmançıların formalaşdırılması, o cümlədən insanların marağının artırılması istiqamətində həm dövlət, həm də federasiya tərəfindən əhəmiyyətli işlərin görüldüyünü və bu sahəyə xüsusi diqqət ayrıldığını bildirib. O, cari ilin mart ayında Azərbaycanda xizək alpinizmi üzrə beynəlxalq seriya yarışının keçirilməsinin, buz meydançasının açılmasının bu sahənin inkişafının bariz nümunəsi olduğunu qeyd edib.

Florian Zenqstşmid 2025-ci ilin yanvar ayında "Şahdağ” Turizm Mərkəzində keçiriləcək xizək alpinizmi üzrə Dünya Kubokunun ən yüksək səviyyədə təşkili ilə bağlı müvafiq işlərin aparıldığını və yamacların yarışın keçirilməsi üçün hazır vəziyyətə gətirildiyini diqqətə çatdırıb.

Beynəlxalq Xizək Alpinizmi Federasiyasının prezidenti Requla Meyer Azərbaycanda xizək idman növlərinə marağın artmasını və beynəlxalq standartlara cavab verən yamacların və infrastrukturun yaradılmasını yüksək qiymətləndirib. Meyer Beynəlxalq Federasiyanın gələcəkdə də Avropa və dünya çempionatları kimi irimiqyaslı yarışların Azərbaycanda keçirilməsinə hazır olduğunu bildirib.

Assambleyada aparılan müzakirələr zamanı Beynəlxalq Xizək Alpinizmi Federasiyası tərəfindən il ərzində həyata keçirilən tədbirlər, qarşıda duran hədəflər və nəzərdə tutulan layihələr haqqında məlumat verilib, yeni üzvlər qəbul edilib.

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax videomüsahibə vasitəsilə tədbir iştirakçılarına uğurlar arzulayıb.



20612 oxunub

InvestAZ