XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Avarçəkənlərimiz "Mingəçevir Reqatası-2024"ü 24 medalla başa vurdu
İdman 14:01 / 18.10.2024

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasinin təşkilatçılığı ilə keçirilən "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirinə yekun vurulub. 

Yarışın son günündə Azərbaycan avarçəkənləri daha 13 medal qazanıblar. 

Təmsilçilərimizdən Azər İlyasov - Tunar Məmmədzadə cütlüyü 2008-2009-cu illər təvəllüdlü idmançıların mübarizəsində qızıl medal əldə ediblər.

Onlar akademik avarçəkmə üzrə 1500 məsafəyə yarışda fərqləniblər.

Amil Ramazanov (2006-2007) kayakda 1000 metr məsafəyə yürüşdə gümüş medala sahib çıxıb. 

2008-2009 təvəllüdlülərdən kayak növündə Niyaz Məlikov - Emil Zeynalov dueti gümüş, Qiyas Əhmədov - Sübhan Həsənov cütlüyü  isə bürünc medala yiyələniblər.

Akademik avarçəkmədə (2006-2007) Nurlan Paşayev - Cahangir Məmmədli, Sabit Abdullayev - Fikrət Həsənov, Məhəmməd Niftullayev - Neymət Həsənov cütlükləri müvafiq olaraq, ilk üç yeri tutublar.

200 metr məsafəyə kayakla mübarizədə (2008-2009) Qiyas Əhmədov - Sübhan Həsənov cütlüyü qızıl, İvan Vorobyanski - Hüseyn Həsənov və Vacib Babayev - Şahin İsayev duetləri gümüş medallara yiyələniblər.

Son olaraq İbrahim Məmmədzadə - Elmir Tarverdiyev (2010-2011) tandemi kayakda üçüncü olublar.

1000 metr məsafəyə akademik avarçəkmədə (2010-2011) Məhəmməd Həsənov - Raul Şamilov gümüş, Yusif Əliyev - Ruslan Fərəcov bürünc mükafat qazanıblar.

Xatırladaq ki, yarışın ilk iki günündə  idmançılarımız 11 medal qazanmışdılar.  

Bununla da komandamız beynəlxalq reqatanı 24 medalla başa vurub.


21434 oxunub

InvestAZ