XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Üç boksçumuz Avropa çempionatının finalında
İdman 22:14 / 17.10.2024

Azərbaycanın üç boksçusu Bolqarıstanın paytaxtı Sofiyada davam edən U-23 Avropa çempionatında finala yüksəlib.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Tural Sarıyev (48 kq) yarımfinalda Samet Oruc Salihlə (Türkiyə) üz-üzə gəlib.

4:1 (30:27, 28:29, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gələn gələn boksçumuz finala yüksəlib. O, həlledici görüşdə Luis Runi (İrlandiya) ilə qarşılaşacaq.

51 kq-da mübarizə aparan Nicat Hüseynov da yarımfinal döyüşündə qələbə qazanıb. O, Omer Ametoviçdən (Serbiya) üstün olub – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). Hüseynov finalda Rudolf Qarboyanla (Ermənistan) döyüşəcək.

Murad Allahverdiyev (80 kq) də yarımfinal görüşünü xeyrinə bitirib. O, Ahmed Mavriçi (Serbiya) hər 3 raundda məğlub edərək, yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. Boksçumuz finalda Sezar Yojerlinlə (Fransa) gücünü yoxlayacaq.

Milli üzvlərindən N.Hüseynov və M.Allahverdiyev oktyabrın 19-da, T.Sarıyev isə ertəsi gün rinqə çıxacaq.

Qeyd edək ki, boksçularımızdan Marjona Savriyeva (50 kq) Avropa çempionatında bürünc medal qazanıb.



18132 oxunub

InvestAZ