XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Fərid Qayıbov: "Federasiyalarla birlikdə yerli və beynəlxalq yarışları keçirməyə davam edəcəyik"
İdman 16:14 / 17.10.2024

"Füzuli şəhərin işğaldan azad olunduğu gündə beynəlxalq turnir təşkil edilir. Bu hər birimiz üçün çox sevindiricidir". 

Bunu Gənclər və İdman naziri Fərid Qayıbov "Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinin açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O, gələcəkdə beynəlxalq reqatada iştirak edəcək idmançıların sayının daha da artacağına inandığını bildirib. 

"Daha əvvəl də Qarabağ bölgəsində beynəlxalq turnirlər keçirilib. Beynəlxalq reqata isə ilk dəfədir Füzuli şəhərində təşkil olunur. Hazırda Azərbaycan iki böyük beynəlxalq yarışa - "TeamGym” üzrə 15-ci Avropa çempionatı və "Mingəçevir Reqatası"na ev sahibliyi edir. Bu da ölkəmizdə idmanın ildən-ilə inkişafının göstəricisidir. 

İdman insanları bir araya gətirən önəmli bir sahədir. Hər kəs buradadır. Hiss olunur ki, iştirakçılar, izləyicilər xoşbəxtdirlər. Bildiyiniz kimi, Bakı 2026-cı il üçün dünyanın idman paytaxtı seçilib. Federasiyalarla birlikdə yerli və beynəlxalq yarışları keçirməyə davam edəcəyik",- deyə Fərid Qayıbov bildirib. 

Qeyd edək ki, "Mingəçevir Reqatası-2024"ə oktyabrın 18-də yekun vurulacaq.


17490 oxunub

InvestAZ