XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bu gün Füzulidə "Mingəçevir Reqatası-2024"ün rəsmi açılış mərasimi keçiriləcək
İdman 10:02 / 17.10.2024
Bu gün avarçəkmə üzrə təşkil olunan  "Mingəçevir Reqatası-2024"ün rəsmi açılış mərasimi keçiriləcək. 
Yarışın açılış mərasimi Füzuli şəhərinin işğaldan azad olunması günü ilə əlaqədar olaraq Füzulidə, Aşağı Köndələnçay su anbarında təşkil olunacaq. 
Açılış mərasimindən sonra ikinci yarış gününə start veriləcək. 
Qeyd edək ki, beynəlxalq reqatada Azərbaycanla yanaşı, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistanı təmsil edən 100-dək idmançı mübarizə aparır.
Xatırladaq ki, Mingəçevirdəki "Kür” Olimpiya Tədris-İdman Mərkəzində start götürən reqatanın ilk günündə Azərbaycan təmsilçiləri 2 qızıl, 3 gümüş, 4 bürünc medal qazanıblar.  
Beynəlxalq reqataya oktyabrın 18-də Mingəçevirdə yekun vurulacaq. 

17990 oxunub

InvestAZ